Hadisə

Gədəbəydə ağır yol qəzası baş verib

Hadisə nəticəsində bir qadın həlak olub.

· Xəbərçi
Gədəbəydə ağır yol qəzası baş verib
Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Arzu Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı və Gədəbəy şəhər sakini Aytəkin Əsgərovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşub. Hadisə oktyabrın 8-də saat 21.00 radələrində Gədəbəy rayonunun Arıxdam kəndi ərazisində qeydə alınıb.

Nəticədə A.Ələsgərovun sərnişini, anası Yəmən hadisə yerində ölüb, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Gədəbəy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS

Şərhlər