Hadisə

Gədəbəydə 36 yaşlı ata ailə üzvlərini otağa yığıb evə od vurdu

Özü öldü, ailə üzvləri yaralandı.

· Xəbərçi
Gədəbəydə 36 yaşlı ata ailə üzvlərini otağa yığıb evə od vurdu
Gədəbəydə dəhşətli hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zamanlı kənd sakini 36 yaşlı Ədalət Hüseynov ailə üzvlərini evə yığaraq evə od vurub.

Belə ki, Ə.Hüseynov sərxoş halda evə gəlib və qızı, iki oğlu və arvadını da evə dolduraraq evə od vurub. Hadisə zamanı Ə.Hüseynov yanaraq ölüb.

Ailənin digər üzvləri isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. ANSPRESS

Şərhlər