Gədəbəy sakinləri toydan qalma yeməkləri yedilər və...
19 Sentyabr 2011 Bazar Ertəsi 14:42
3 gün əvvəl olan toydan qalan qidaları yeyən 8 nəfər zəhərlənib
Gədəbəy rayonunun Düzyurd kəndində qidadan kütləvi zəhərlənmə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 18-də, Gədəbəy rayonunun Düzyurd kəndin 8 nəfər sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qeyd edək ki, araşdırmalar zamanı onların 3 gün əvvəl həmin kənddə keçirilən toy məclisindən qalan qidaları yemələri nəticəsində zəhərlənmələri müəyyən edilib.
DOSTLARINLA PAYLAŞ: