Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 13-də saat 16.55-dən 17.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.40-dan 18.00-dək və dekabrın 14-də saat 00.15-dən 00.20-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur. ANSPRESS
Füzuli və Ağdam istiqamətində atəşkəs pozulub
Füzuli və Ağdam istiqamətində atəşkəs pozulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.




Şərhlər