Hadisə

Füzuli rayonunda təbii fəlakət

Füzuli. Teymur Zahidoğlu-APA. İyunun 5-də saat 21 radələrində Füzuli rayonuna güclü dolu düşüb, leysan yağıb.

· Xəbərçi
Füzuli rayonunda təbii fəlakət


APA-nın Qarabağ bürosunun məlumatına görə, xüsusilə Horadiz şəhəri, Mirzənağılı, Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli, Arayatlı kəndlərinə ciddi ziyan dəyib. Füzuli Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, ilkin məlumatlara görə, fəlakət nəticəsində 1000-dən artıq yaşayış evi, idarə, müəssisə və təşkilat binaları ciddi ziyan çəkib, ağaclar sınıb, küçələr sel suları ilə dolub.

Özəl və dövlət avtomobilləri, elektrik xətləri sıradan çıxıb, yüzlərlə mal-qara tələf olub.

Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.

Şərhlər