Hadisə

Futbol oynayan polislər gülləbaran edildi

Hadisədə 1 terrorçu öldürülüb, 3 nəfəri ağır olmaqla 8 polis yaralanıb

· Xəbərçi
Futbol oynayan polislər gülləbaran edildi
Türkiyə Tunceli vilayəti şəhər mərkəzində futbol oynayan polislər PKK terrorçularının silahlı hücumuna məruz qalıb. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, hadisə nəticəsində 1 polis komissarı və onun tamaşaçı olan həyat yoldaşı ölüb, 3 nəfəri ağır olmaqla 8 polis isə yaralanıb. Yaralılar Tunceli dövlət xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olanlar isə helikopterlə Elazığ vilayətinə aparılıb.

Tunceli valisi Mustafa Taşkesen hadisənin yerli vaxtla 21.40-da (Bakı vaxtıyla 23.40) ətrafı ətrafı dəmir barmaqlıqlarla bağlı olan futzal meydançasında baş verdiyini deyib. Vali həmçinin hadisəni törədənlərin 4 və ya 5 nəfər olduğunu, onlardan birinin öldürüldüyünü, sağ qalanların isə ələ keçirilməsi üçün əməliyyatların davam etdiyini bildirib.

Şərhlər