Fukusima AES-də vəziyyətin həll olunacağı vaxt məlum deyil
01 Aprel 2011 Cümə 16:07
Axtarış və bərpa işləri isə davam etdirilir
Yaponiyanın baş naziri Naoto Kan bildirib ki, qəzalı Fukusima AES-də sonrakı vəziyyətlə bağlı məlumat vermək mümkün deyil. Naoto Kan Yaponiya hökumətinin stansiyanın operatoru olan TEPKO şirkətini milliləşdirməyi planlaşdırmadığını da deyib.
«Atom-elektrik stansiyasında vəziyyət hazırda sabit deyil. Ancaq biz təcili şəkildə onun təhlükəsizliyini təmin etməliyik. Eyni zamanda bu böhranın nə zaman bitəcəyini söyləmək çətindir. Stansiyanın opreatoru olan şirkətə köməklik göstərmək lazımdır, ancaq biz prinsipcə onun özəl olmasını vacib hesab edirik.»- Naoto Kan keçirdiyüi mətbuat konfransında belə deyib.
Qeyd edək ki, hazırda Yaponiyada qəzalı atom-elektrik stansiyası ilə bağlı ziddiyyətli məlumatlar daxil olur. Ancaq təhlükəli vəziyyətin həllinin yubandığı nəzərə çarpır.
Yaponiyannı Özünü-Müdafiə Qüvvələri və ABŞ hərbçiləri martın 11-də baş vermiş təbii fəlakət nəticəsində itkin düşənlərin axtarışı üçün 3 günlük intensiv əməliyyatlara başlayıb. Əməliyyata Yaponiya Özünü-Müdafiə Qüvvələrindən 18 min, ABŞ ordusundan 7000 nəfər, həmçinin 120 helikopter və 65 gəmi cəlb olunub. İntensiv axtarışlar təbii fəlakət nəticəsində ən çox ziyan dəymiş, qismən yaxud tamamilə su altında qalan İvate, Miyaqi və Fukusima prefekturalarında aparılır.
Qeyd edək ki, təbii fəlakət qurbanlarının rəsmi sayı 11578 nəfər göstərilir, 16451 nəfər isə itkin düşüb.
DOSTLARINLA PAYLAŞ: