Hadisə

Fukusima-1stansiyasının dörd reaktoru ləğv olunacaq

“Fukusima-1” atom elektrik stansiyasının ilk dörd bloku bərpa olunmaz hala gəlib və hökumətin qərarı ilə ləğv olunacaq.

· Xəbərçi
Fukusima-1stansiyasının dörd reaktoru ləğv olunacaq


APA-nın məlumatına görə, Tokyo Electric Power Company şirkətinin rəhbəri Tsunexisa Katsumata bəyan edib ki, şirkətin bu reaktorları ləğv etməkdən başqa əlacı qalmayıb. Stansiyadakı digər iki reaktorun taleyi ilə bağlı qərar qəbul edilməyib. Katsumata o reaktorların işə salınması məsələsinin hökumət və Fukusima prefekturasının sakinləri ilə müzakirə olunduğunu bildirib. Hökumətin baş katibi Yukio Edano isə həmin stansiyadakı bütün enerji bloklarının bağlanmasını təklif edib.

Şərhlər