Hadisə

Fırtına gəmini ikiyə böldü

Fırtına gəmini ikiyə böldü. Moldova bayrağı ilə üzən “Aros-1” yük gəmisində 13 heyət üzvü olub.

· Xəbərçi
Fırtına gəmini ikiyə böldü
Güclü fırtına Moldova bayrağı ilə üzən “Aros-1” yük gəmisini ikiyə bölüb və Soçi sahillərinə atıb. Məlumatı Soçi limanının direktor müavini Simon Mamaladze verib.

Gəminin göyərtəsində 13 heyət üzvü olub. Onların hamısı xilas ediliblər. Gəmi hazırda Soçinin mərkəzi çimərliyindədir. Mümkün yanacaq sızması barədə məlumat yoxdur. ANSPRESS

Şərhlər