Hadisə

Filarmoniya bağında qanlı hadisə

30 yaşlı kişi bıçaqlanıb.

· Xəbərçi
Filarmoniya bağında qanlı hadisə
Ötən gün Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Niyazi küçəsində yerləşən Filarmoniya bağında 1982-ci il təvəllüdlü Zaur Canpolad oğlu Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O, döş qəfəsi nahiyəsindən aldığı ağır xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hazırda hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Şərhlər