“Fiat” “Range Rover”lə toqquşdu
23 Mart 2011 Çərşənbə 17:57
Nəticədə “Fiat”da olan sürücü və sərnişinlər ağır xəsarət alıblar
Bakı-Kürdəmir-Qazax magistıral yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS TV-nin Göyçay bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 11:30 radələrində magistral yolun 212-ci km-də qeydə alınıb.
Belə ki, Vahid Məlikovun idarə etdiyi “Fiat” markali avtomabillə Bakı istiqamıtinə hərəkət edərkən əks isdiqamətdə olan və Tural Hacıyev adlı sürücünün idarə etdiyi “Range Rover” markalı maşınla toqquşub. Nəticədə “Fiat”da olan sürücü və sərnişinlər ağır xəsarət alıblar.
Hadisədən bir necə dəqqiqə sonra “Fiat” markalı maşın alışaraq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğindan Mühafizə Xidmətinin əməkdaşları gəlib. Onlar yanğının qarşısını alsalar da, avtomobil yararsız hala düşüb.
Digər maşına da ziyan dəyib. Amma xoşbəxtlikdən sürücü xəsarətdən canını qutarıb. Hadisə ilə bağlı Dövlət Yol Polisi hec bir məlumat verməyib.
DOSTLARINLA PAYLAŞ: