FHN yataqxanadakı yanğınla bağlı rəsmi məlumatı
05 Fevral 2011 Şənbə 13:25
Məlumata görə, hadisə nəticəsində 1 nəfər, 9-u isə yaralanıb
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin beşmərtəbəli yataqxana binasında yanğınla davam edən partlayış hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Xəbərdə bildirilir ki, məlumat daxil olan kimi nazirliyin müvafiq qüvvələri dərhal zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 2-ci mərtəbəsində 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğluna məxsus mənzilin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb, hadisə zamanı binada olan vətəndaşlardan 9-u müxtəlif xəsarətlər alaraq, xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər 10 nəfəri, o cümlədən 4 azyaşlı uşağı yanğından xilas edib, daha 32 nəfərin təxliyyəsini həyata keçirib və yataqxana binasını yanğından mühafizə ediblər. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürüldükdən sonra hadisə yerinin kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğlunun cəsədi aşkarlanıb. Əməliyyat saat 19:51-də başa çatıb. İlkin ehtimala görə, hadisəyə maye qaz balonunda baş vermiş sızma səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: