Fövqəladə Hallar
KaydetNazirliyi Hacıqabul rayonunda baş verən vulkan püskürməsi ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, quruma rayonun Qubalı Baloğlan və Rəcəbli kəndlərindən 30 km aralıda dağlıq ərazidə palçıq vulkanının püskürməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
İlkin məlumata görə, vulkandan qısa müddət ərzində çıxan alovun hündürlüyü 15-50 m olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda həmin əraziyə mütəxəssislər tərəfindən baxış keçirilir.