FHN-də bomba həyəcanı
09 Aprel 2011 Şənbə 17:00
13 yaşlı uşaq "112" xidmətini ayağa qaldırdı
Aprelin 8-də saat 11.10 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" xidmətinə zəng edərək FHN-nin "112" xidmətinin binasına bomba qoyulması barədə məlumat verib.
Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Növbəti Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirləri həyata keçirilsə də məlumat təsdiqini tapmayıb.
DİN-in rəsmi saytında yerləşdirilən məlumata görə, aparılan araşdırmalar zamanı bilərəkdən yalan məlumatı verənin Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşmış 13 yaşlı L.M. tərəfindən edilməsi müəyyən edilib.
DOSTLARINLA PAYLAŞ: