FHN çimərik mövsümündə batanların sayını açıqladı
20 Sentyabr 2011 Çərşənbə Axşamı 11:36
46 nəfər çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində batıb
2011-ci il yay çimərlik mövsümündə su hövzələrində 310 nəfər, o cümlədən iyun ayının 1-dən sentyabr ayının 15-dək ölkəmizin su hövzələrində 296 nəfər suda boğularkən xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin ardıcıl fəaliyyəti nəticəsində 2011-ci il yay çimərlik mövsümündə su hövzələrində baş vermiş bədbəxt hadisələrin, boğulma hallarının sayı xeyli azalıb.Bu il su hövzələrində baş vermiş 54 bədbəxt hadisədən (o cümlədən, yay mövsümündə 46) 46 nəfərin boğulma faktı çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınıb. Bunlardan, 16 nəfər Xəzər dənizinin qeyri-çimərlik ərazisində, 15 nəfər su kanallarında, 10 nəfər çaylarda, 4 nəfər göllərdə, 1 nəfər su anbarında həlak olub. Bunlardan isə 15 ölüm hadisəsi üzə bilməməklə, 6-sı isə spirtli içki qəbulu ilə bağlı olub.

2011-ci il yay çimərlik mövsümündə ölkə ərazisində suda boğulma hallarının sayı ötən illərlə müqayisədə xeyli azalıb, 2010-cu ildəki 93 nəfərə qarşı 54 nəfər təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar