Hadisə

Fərdi Tayfur iflic oldu

Həkimlər məşhur müğənniyə mahnı oxumağı qadağan edib

· Xəbərçi
Fərdi Tayfur iflic oldu
Türkiyənin məşhur müğənnisi Fərdi Tayfur üz iflici olub. Keçən il Muğla vilayətinin Marmaris rayonunda qəfildən xəstələnərək xəstəxanaya çatdırılan müğənniyə həkimlər ən azı 1 səhnəyə çıxmamağı məsləhət görmüşdü. Qeyd edək ki, Tayfur illərdir şəkər xəstəliyi səbəbilə müalicə olunduğunu, hal-hazırda ifliclə də mübarizə apardığını deyib: “Üzümdə meydana gələn iflic səbəbilə fizioterapiya qəbul edirəm. Həkimlər artıq istirahət etməyimi, bir müddət mahnı oxumamağımı məsləhət görür. Yenidən sağlamlığımı əldə etmək üçün mübarizə aparıram”.

Şərhlər