“FEMEN” yenə də etirazını soyunaraq bildirdi
18 May 2011 Çərşənbə 04:23
Aksiyaçı qadın BVF-nun prezidentinə etirazını üzv olduğu təşkilatın simvoluna çevrilmiş hərəkətlə bildirib
Dünyanın müxtəlif qadın təşkilatları Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Dominik Stross Kanın hərəkətlərinə etirazlarını bldirir. Ukraynanın məşhur qadın təşkilatı “FEMEN” üzvü qadın isə bir nəfərlik etiraz aksiyası keçirib. Aksiyaçı qadın BVF-nun prezidentinə etirazını üzv olduğu təşkilatın simvoluna çevrilmiş hərəkətlə - soyunaraq bildirib. Aksiyaçı qadın paytaxt Kievdə, Ukrayna mərkəzi bankının qarşısında soyunub və əlində “No honey, no money” (rədd olsun bal, rədd olsun pul) yazılmış şüar tutub.
DOSTLARINLA PAYLAŞ: