ABŞ-a səfəri zamanı Fələstin milli müxtariyyətinin baş naziri Salam Fəyyadın ürəyi tutub. Məlumatı “Reuters” agentliyi Fələstin hökumətinə istinadən yayıb.
Dünya Bankının keçmiş iqtisadçısı Salam Fəyyad bazar günü Texas ştatının mərkəzində - Ostin şəhərində oğlunun tələbə yoldaşları ilə görüşüb. Görüş zamanı Fələstinin baş naziri kəskin ağrılar hiss etməyə başlayıb.
Fələstin hökumətinin nümayəndəsinin məlumatına görə, Salam Fəyyad hazırda Ostindəki tibbi mərkəzindədir. Onun vəziyyəti sabitdir. Salam Fəyyadın xəstəliyinin siyasi həyatına necə təsir edəcəyi hələlik mərum deyil.
Fələstinin baş naziri xəstəxanaya düşdü
Salam Fəyyad səfər olduğu ABŞ-da xəstəxanaya yerləşdirilib




Şərhlər