Fariz Bədəlovun vurulduğu ehtimal edilən güllə tapılıb
28 Mart 2011 Bazar Ertəsi 17:38
Güllə ekspertizaya göndəriləcək
Erməni silahlı qübbələrinin cəbhə xəttində, Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kəndində qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun başına dəydiyi ehtimal edilən güllə tapılıb. Fariz Bədəlovun ailəsindən ANS PRESS-in Qarabağ bürosuna verilən məlumata görə, güllə Bakıya ekspertizaya göndəriləcək.

Ekspertiza bu hərbi sursatın Farizi öldürən güllə olduğunu təsdiqləyərsə, tapıntı Fariz Bədəlovun qətli ilə bağlı açılmış cinayət işinin maddi sübutlar hissəsinə əlavə ediləcək.

Qeyd edək ki, azərbaycanlı məktəbli öz həyətinə mart ayının 8-də, snayperdən açılan güllə nəticəsində həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar