Hadisə

Faiq Ağayev saxta pulla tutuldu

Onunla yanaşı daha 4 nəfər saxlanılıb

· Xəbərçi
Faiq Ağayev saxta pulla tutuldu
Bakıda saxta pul kəsən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bonlar Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıbıar. Bunlar Natiq Yaqubov, Cəmilə İsmayılova, Faiq Ağayev, Rahib Əliyev və Ədalət Abbasovdur.

Saxlanılanların üzərinə baxış zamanı bir ədəd 100, doqquz ədəd 50, səkkiz ədəd 20 manatlıq əskinaz, altı ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və iki ədəd katric aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Şərhlər