“Facebook” yenə də qovuşdurdu
17 Avqust 2011 Çərşənbə 05:01
Dünyaya gətirdiyi qızını başqasına verən ana onu 63 il sonra internetdə tapıb
Amerikanın Kaliforniya ştatında yaşayan Yelena Torres 1948-ci ildə 17 yaşında ikən dünyaya gətirdiyi qızı Kristinanı başqasına övladlıq verib. Daha sonra ailə quran və 5 qızı daha dünyaya gələn Torres ilk qızını unuda bilməyib. Qeyd edək ki, Yelena Torres 12 yaşına çatana qədər Kristinanı uzaqdan təqib etsə də daha sonra onun izini itirib.
Ancaq bu ilin yanvar ayında 80 yaşlı ana ilk qızını tapmaq üçün kiçik qızına sosial şəbəkə saytı “Facebook”da hesab açdırıb. Kristinanın güman etdikləri soyadını və uşaqlıq şəklini “Fecebook” səhifəsinə yerləşdirən ana və qızı aprel ayında onu tapıblar. İyun ayında isə 80 yaşlı ana ilə 63 yaşlı qızı bir-birlərinə qovuşublar.
DOSTLARINLA PAYLAŞ: