Hadisə

Eynulla Fətullayevdə heroin aşkarlanıb

Həbsdə olan jurnalist Eynulla Fətullayevdən heroin götürülüb.

· Xəbərçi
Eynulla Fətullayevdə heroin aşkarlanıb
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumat verib. Onun sözlərinə görə, daxil olan əməliyyat məlumatları əsasında Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan beş məhkumun üzərində axtarış aparılıb. Axtarış zamanı E. Fətullayevdən 0.223 qram, Şahin Şəmsiyev adlı məhkumdan isə 0.81 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E. Fətullayevin üzərində aşkarlanan heroinin bir qismi onun gödəkçəsində, qalan hissəsi isə ayaqqabısının içərisində olub.

M. Sadıqov toplanmış materialların Qaradağ rayon Polis İdarəsinə göndərildiyini bildirib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya bildirilib ki, artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. ANSPRESS

Şərhlər