Evlənmək adı ilə qaçırılan azyaşlı 2 nəfər tərəfindən zorlandı
08 Dekabr 2009 Çərşənbə Axşamı 18:15
Qızı zorlamaqda təqsirləndirilən şəxslərdən 1 nəfəri tutulsa da, digər şəxs axtarılır
Bakı şəhərində evlənmək adı ilə qaçırılan 14 yaşlı qız iki nəfər tərəfindən zorlanıb.
Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 27 yaşlı Orxan Cəlilov evlənmək məqsədilə 14 yaşlı A.İ-ni (şərtidir) qaçırıb. O.Cəlilov qızı qaçırandan sonra onunla cinsi əlaqədə olub.

Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində O.Cəlilov yaxalanıb. Onun ətrafında aparılan araşdırmalar zamanı müəyyən olub ki, həmin qızla Orxan Əliyevlə yanaşı Famil adlı şəxs də cinsi əlaqədə olub. Hazırda Famil adlı şəxsin kimliyi istintaq tərəfindən araşdırır.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb, istintaq gedir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar