Ermənistanın Türkiyəyə qarşı donuz “siyasəti”
18 Aprel 2011 Bazar Ertəsi 00:59
Türkiyə ermənilərin törətdiyi yanğından qaçan vəhşi qabanların hücumuna məruz qaldı
Türkiyə İğdır vilayətinin Tuzluca rayonu ermənilərin törətdiyi yanğından qaçan vəhşi qabanların hücumuna məruz qaldı. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, Ermənistanla sərhəddə Araz çayını keçənərək rayonun Turabi kəndinə girən vəhşi donuzlar tarlalara, və bostanlara ziyan verir. Vilayət Kənd Təsərrüfatı idarəsindən izn alan kəndlilər çağırılmamış “qonaqları” ovlamaq üçün səfərbərlik elan edib. Yaralı və bala qabanları yaxalayan kənd sakinləri ermənilərin qəsdən yanğın törətdiyini iddia edir.
Vəhşi qabanların əkin sahələrinə verdiyi ziyanın qarşısını almağa çalışan kənd sakinləri sərhəddə gecə-gündüz növbə tutmağa başlayıb. Qonşu şəhər və kəndlərdən olan ovçular isə könüllü olaraq yardım etmək üçün Turabi kəndinə yollanıblar. Kəndə gəldikləri ilk gün təxminən 30 donuzluq sürünü təqib etməyə başlayan ovçular bir neçə heyvan vurmağa müvəffəq olublar.
Vəhşi qabanların hücumundan qorxaraq tarlalara getməyən kəndlilər ov səfərbərliyinin davm etməsini istəyir.
DOSTLARINLA PAYLAŞ: