Hadisə

Ermənistan yenidən atəşkəs rejimini pozub

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənistan yenidən atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 3-də saat 15.40-dan 16.00-dək və 23.45-dən 23.55-dək Tərtər rayonunun Qızıloba və Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Şərhlər