Hadisə

Ermənistan üç istiqamətdə atəşkəsi pozub

Düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənistan üç istiqamətdə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 1-də saat 11.40-dan 12.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.10-dan 13.40-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.05-dən 12.15-dək və aprelin 2-də saat 00.10-dan 00.25-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerlələş mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Şərhlər