Ermənistan Tovuz sakinin əsir götürülməsini təsdiqlədi
11 Yanvar 2010 Bazar Ertəsi 15:40
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb
Ermənistan Azərbaycan vətəndaşının əsir götürülməsini təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı dekabrın 28-də yerli vaxtla saat 9.00-da Tovuz rayonu istiqamətində sərhədi keçməyə cəhd göstərərkən saxlanılıb. Saxlanılan şəxs Tovuz rayonunun Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Eldar Heydər oğlu Tağıyevdir.
Məlumatda bildirilir ki, bu barədə beynəlxalq təşkilatlara xəbər verilib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.
Xatırladaq ki, ermənilər dekabrın 28-də saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndində qoşunların təmas xəttinin yaxınlığında kənd sakini Eldar Tağıyevi atəşə tutublar. Əvvəl onun sağ qalıb-qalmadığı bilinməsə də, sonradan onun ermənilər tərəfindən əsir götürüldüyü məlum olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: