Hadisə

Ermənistan ordusunda növbəti qətl

23 yaşlı əsgər odlu silahla öldürülüb

· Xəbərçi
Ermənistan ordusunda növbəti qətl
Ermənistanın hərbi hissələrindən birində daha bir hərbçi qətlə yetirilib. ANS PRESS-in “Aykakan Jamanak” erməni qəzetinə istinadən verdiyi xəbərə görə, öldürülən şəxs müddətdən artıq xidmət edən (MAXE) 23 yaşlı əsgər Robert Avetisyan olub. İnsident dünən Ermənistanın Qexarkunis vilayətinin Çambarak şəhəri yaxınlığındakı hərbi hissədə baş verib.

İstintaq Xidmətindən bildirildiyinə görə, Robert Avetisyan odlu silahdan atəş nəticəsində dünyasını dəyişib. Avetisyan Armavir şəhərindən hərbi xidmətə çağırılıbmış. Ermənistanın Müdafiə Nazirliyindən hadisənin təfərrüatı barədə məlumatlarının olmadıqları bildirilib.

Qəzetin versiyasına görə, insident hərbi hissənin əsgərləri arasında yaranan mübahisə zəminində baş verib.

Şərhlər