Ermənistan növbəti dəfə mövqelərimizi atəşə tutub
07 Sentyabr 2011 Çərşənbə 10:19
Milli Ordu cavab atəşi ilə qarşı tərəfi susdurub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 6-da saat 16.00-dan 16.15-dək Ermənistanın Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 21.30-dan 21.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.40-dan 21.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.20-dən 19.30-dək, 23.20-dən 23.40-dək, 23.45-dən 00.00-dək və sentyabrın 7-də saat 00.05-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar