Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 11-də saat 10.05-dən 10.10-dək Ermənistanın Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.55-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənistan növbəti dəfə atəşkəsi pozub
Düşmən Milli Ordunun cavab atəşi ilə susdurulub




Şərhlər