Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 14-də və 15-də atəşkəs rejimini pozub. Erməni ordusu saat 19.20-dən 19.25-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndin, aprelin 15-də saat 02.40-dan 02.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuta xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənistan növbəti dəfə atəşkəsi pozub
Atəş Qazax və Füzuli istiqamətində pozulub




Şərhlər