Hadisə

Ermənistan növbəti dəfə atəşkəsi pozub

Atəşkəs Qazax bə Füzuli rayonları istiqamətində pozulub

· Xəbərçi
Ermənistan növbəti dəfə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-də saat 14.50-dən 15.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 11.58-dən 12.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Şərhlər