Ermənistan növbəti dəfə atəşkəsi pozub
12 Mart 2011 Şənbə 10:21
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 11-də bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Erməni ordusu saat 13.35-dən 13.55-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi, saat 19.20-dən 19.25-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, saat 20.00-dan 20.15-dək isə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
DOSTLARINLA PAYLAŞ: