Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları Azərbaycanın Tərtər rayonunun Talış kəndi ərazisində hərbi təlimlərə başlayıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, saat 12.00-dan başlayan təlimdə əsasən artilleriya silahlarından istifadə olunur.
Təmas xəttinin yaxınlığında yerləşdirilən silahlardan kəndin yaxınlığında yerləşən dağlıq ərazilərdə quraşdırılan müxtəlif hədəflərə doğru atəş açılır. Partlayış səsləri Tərtər və Goranboy rayonlarının cəbhəboyu məntəqələrində aydın eşidilir.
Ermənistan işğal altındakı ərazilərdə təlimə başlayıb
Təlim saat 12.00-dan başlayıb




Şərhlər