Ermənistan iki istiqamətdə atəşfkəsi pozub
19 Avqust 2011 Cümə 10:19
Milli Ordu cavab atəşi açmaq məcburiyyətində qalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 18-də saat 16.20-dən 16.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.55-dən 22.10-dək, 22.50-dən 22.55-dək, avqustun 19-da saat 00.35-dən 00.41-dək və 01.50-dən 01.58-dək Füzuli rayonunun Aşağı Veysəlli
kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar