Ermənistan Füzuli və Ağdam istiqamətində atəşkəsi pozub
16 Noyabr 2009 Bazar Ertəsi 10:00
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-də saat 13.10-dan 13.20-dək, 19.00-dan 19.30-dək, 21.05-dən 21.25-dək, 22.30-dan 22.40-dək və 22.55-dən 23.03-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.05-dən 21.25-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar