Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 3-də saat 21.50-dən 21.55-dək Füzuli rayonunun Aşağı Seyıdəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyulun 4-də saat 01.15-dən 01.20-dək Ermənistanın İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. ANSPRESS
Ermənistan bir neçə istiqamətdə atəşkəsi pozub
Qarşı tərəf cavab atəşi ilə susdurulub.




Şərhlər