Hadisə

Ermənistan atəşkəsi pozmaqda davam edir

Milli Ordu cavab atəşi açmaq məcburiyyətində qalıb

· Xəbərçi
Ermənistan atəşkəsi pozmaqda davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-də saat 16.45-dən 17.00-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12.10-dan 12.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz
mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər