Hadisə

Ermənistan atəşkəsi pozmaqda davam edir

Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənistan atəşkəsi pozmaqda davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 21-da saat 01.00-dan 01.10-dək, 02.00-dan 02.15-dək və 04.20-dən 04.30-dək Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Şərhlər