Ermənilərin yaraladığı azərbaycanlının vəziyyəti orta ağırdır
27 Fevral 2010 Şənbə 12:25
Ailəsi hələ də onun yanına buraxılmayıb
Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yaralanmış rayonun işğal altındakı Baş Qərvənd kəndindən olan məcburi köçkün Asif Quliyevin vəziyyəti orta ağır olaraq qalır. Həkimlər hospitalda saxlanılan yaralının vəziyyəti ilə əlaqədar olaraq bu saatadək ailə üzvlərini hələ də onun yanına buraxmayıblar.
Xatırladaq ki, Ağdamın Mirəşəlli kəndi ərazisində ailəsi ilə məskunlaşan Asif Quliyev ötən gün saat 12 radələrində ermənilərin həmin istiqamətdə yerləşən mövqelərimizi, həmçinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri atəşə tutması nəticəsində yaralanıb. İki güllə yarası alan sakin hospitala çatdırılan kimi üzərində əməliyyat aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: