Ermənilər yenidən mövqelərimizi atəşə tutublar
05 Sentyabr 2011 Bazar Ertəsi 10:15
Qarşı tərəf Milli Ordunun cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 4-də saat 20.05-dən 20.20-dək və sentyabrın 5-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.15-dən 00.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.40-dan 05.50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar