Ermənilər yenidən mövqelərimizi atəşə tutublar
23 Fevral 2011 Çərşənbə 11:11
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 22-də saat 05.45-dən 05.50-dək, 06.10-dan 06.20-dək və fevralın 23-də saat 01.40-dan 01.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli və Alıxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
DOSTLARINLA PAYLAŞ: