Ermənilər yenidən atəşkəsi pozub
06 May 2011 Cümə 10:01
Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 5-də saat 23.50-dən 23.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin ANS PRESS-ə verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: