Ermənilər vurduqları Tovuz sakinini özləri ilə aparıblar
29 Dekabr 2009 Çərşənbə Axşamı 12:00
Ermənilər vurduqları Tovuz sakinini özləri ilə aparıblar. Onun sağ qalıb qalmadığı bildirilir.
Ermənistan silahlı qüvvələri atəşə tutduqları Tovuz rayonunun Əlibəyli kənd sakini, 45 yaşlı Eldar Tağıyevi güllə ilə vurub. Əlibəyli kənd nümayəndəsi Məhərrəm Qasımovun ANS PRESS-in Gəncə bürosuna verdiyi məlumata görə, hadisə dekabrın 28-də saat 18.00 radələrində baş verib. Eldar Tağıyevin vurulması hadisəsini Milli Ordunun əsgərləri də müşahidə edib. Lakin onun sağ qalıb-qalmaması barədə dəqiq məlumat yoxdur. Çünki, ermənilər kənd sakinini özləri ilə aparıblar. Eldar Tağıyevin ruhi xəstə olduğu bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl lent.az Tovuz rayon Polis şöbəsinə istinadən, Eldar Heydər oğlu Tağıyevin Tovuzçay çayından qum yığarkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat vermişdi. Məlumata görə, Eldar Tağıyev aldığı güllə yaralarından yerindəcə keçinib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: