Ermənilər Qazax və Goranboy istiqamətində atəşkəsi pozublar
24 İyun 2011 Cümə 10:18
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 22.40-dan 22.55-dək Ermənistanın Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19.25-dən 20.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındı yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. APA
DOSTLARINLA PAYLAŞ: