Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 31-də saat 01.15-dən 01.30-dək və 01.20-dən 01.23-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Ermənilər növbəti dəfə mövqelərimizi atəşə tutublar
Qarşı tərəf cavab atəşi ilə susdurulub




Şərhlər