Hadisə

Ermənilər mövqelərimizi atəşə tutublar

Qarşı tərəf cavab atəşilə susdurulub

· Xəbərçi
Ermənilər mövqelərimizi atəşə tutublar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozublar. Erməni ordusu sentyabrın 1-də saat 11.10-dan 11.20-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, saat 18.10-dan 18.15-dək və sentyabrın 2-də saat 02.03-dən 02.08-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər