Hadisə

Ermənilər mövqelərimizi atəşə tutub

Düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənilər mövqelərimizi atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 12.35-dən 13.05-dək Ermənistanın Krosnaselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.55-dən 18.58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Şərhlər