Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar
19 Sentyabr 2011 Bazar Ertəsi 10:49
Qarşı tərəf cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 18-də saat 09.15-dən 09.45-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən
mövqelərimizi, saat 17.23-dən 17.35-dək Ermənistanın Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09.40-dan 09.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 21.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: