Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar
10 Sentyabr 2011 Şənbə 10:42
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 9-da saat 16.00-dan 16.25-dək və 22.00-dan 22.15-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 12.15-dən 12.25-dək və 22.30-dan 22.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək və sentyabrın 10-da saat 03.00-dan 03.15-dək Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: